Argentina yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda İslandiya ilə heç-heçə edib.

Unikal.org xəbər verir ki, hesabı 19-cu dəqiqədə Serxio Aqueroa açıb. Lakin 4 dəqiqə sonra Alfred Finnboqason hesabı bərabərləşdirib.

Matçda bir neçə dəfə qo vəziyyətinin yaranmasına baxmayaraq hesab dəyişməyib. Qeyd edək ki, 64-cü dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib.