Bu gün DÇ-2018-in qrup mərhələsində növbəti oyunlar keçirilir.

Unikal.org-un məlumatına görə, E qrupunda Kosta-Rika ilə Serbiya milliləri üz-üzə gəlib. Görüş serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə AlmaniyaMeksika ilə qarşılaşıb. Son dünya çempionu sensasiyalı şəkildə məğlub olub - 0:1.

Günün son oyununda isə Braziliya İsveçrəni sınağa çəkəcək.