Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Bu barədə Unikal.org-a  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, ötən gün Yaponiyanın qərbində, Osaka şəhərində 6,1 baş gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb. Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Sunami təhlükəsi elan olunmayıb.