Bakıda elektrik naqillərini oğurlayan şəxs saxlanılıb.

Unikal.org  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da N.İmamverdiyevin həyətyanı sahəsindən təmir-tikinti aləti və 120 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəqani Əsədov saxlanılıb.

Onun həmin gün M.Ə.Rəsulzadə və Biləcəri qəsəbələrində daha 3 həyətyanı sahələrdən 420 metr elektrik naqili oğurlaması da müəyyən edilib.