Gürcüstan hökumətinin yeni tərkibi rəsmi olaraq parlamentə təqdim olunub.

Unikal.org-un  apa-ya istinadən məlumatına görə, qanunverici orqana təqdim olunmuş siyahıya əsasən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.

İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Çerkezişvili, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri isə Nikoloz Qaqua olacaq. Hər üç namizəd hazırda nazir müavinləridir.

Parlament bu həftə ərzində 14 nazirlikdən ibarət yeni hökumətə etimad göstərməlidir. Qanunvericiliyə müvafiq dəyişiklikdən sonra nazirliklərin sayı 11-dək azaldılacaq və parlament 2-3 həftədən sonra hökumətə yenidən etimad göstərməli olacaq.

Qeyd edək ki, bundan əvvəl iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri isə Mamuka Baxtadze olub. M. Baxtadze iyunun 14-də parlament çoxluğu tərəfindən baş nazirliyə namizəd irəli sürülüb.