Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunda mübarizəyə start verilib.

Unikal.org-un məlumatına görə, qrupun ilk oyununda Belçika debütant Panama ilə üz-üzə gəlib.

Soçidəki "Fişt" stadionunda keçirilmiş görüş "qırmızı şeytanlar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qrupun digər oyunu Tunis və İngiltərə milliləri arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.