Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir.

Unikal.org xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı yenə son ölkə çempionu "Qarabağ təmsil edəcək. 

Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatma "köhlən atlar üçün Sloveniyanın "Olimpiya klubunu çıxarıb. Beləliklə, "Qarabağ Avropanın əsas klub yarışında mübarizəyə Sloveniya təmsilçisi ilə start verəcək. "Qarabağ bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan)
Şkendiya (Makedoniya) - TNS (Uels)
Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova)
Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan)
Suduva (Litva) - APOEL (Kipr)
İlkin mərhələnin qalibi - Malmö (İsveç)
HJK (Finlandiya) - Vikinqur (Farer adaları)
Ludoqorets (Bolqarıstan) - Kruzeyders (Şimali İrlandiya)
Kork Siti (İrlandiya) - Legiya (Polşa)
Valur (Reykyavik, İslandiya) - Rusenborq (Norveç)
Kukesi (Albaniya) - Valletta (Malta)
Flora (Tallin, Estoniya) - Hapoel (Beer-Şeva, İsrail)
Spartak (Yurmala, Latviya) - Srvena Zvezda (Serbiya)
Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya)
Spartak (Trnava, Slovakiya) - Zrinski (Bosniya və Hersoqovina)
Astana (Qazaxıstan) - Sutyeska (Çernoqoriya)

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları isə iyulun 24-25-də, cavab matçları iyulun 31-də və avqustun 1-də baş tutacaq.