Bakıda sevgilisinin boğazını kəsərək qətlə yetirdiyi üçün həbs edilən məhkumun vəziyyəti pisləşib. O, təcili paytaxtdakı özəl klinikaya gətirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, 2009-cu ildə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234-cü maddələri ilə təqsirli bilinərək 12 il 7 ay müddətinə azadlıqdan məhrum edilmiş Elman Kərimovun səhhətində ciddi problem yarandığı üçün təcili olaraq, "MedEra Hospitala yerləşdirilib. Halı pisləşən məhkum Pentensiar Xidmətə məxsus dövlət qeydiyyat nömrəsi 10-AO-398 olan avtomobillə gətirilib.

Qeyd edək ki, məhkumun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə deyil, özəl klinikaya aparılması ətrafdakı şəxslərin təəccübünə səbəb olub.