Hindistanda yaşayan sadhu, yəni abid Amar Bharati  qəribəliyi ilə diqqətləri özünə çəkib. Qoca hindli artıq 43 ildir ki, sağ qolunu aşağı salmır.
Unikal.org  bildirir ki, əvvəl ad və soyadı Mahant Amar Bharti Ci olmuş bu şəxs Nyu-Yorkda bank klerki işləyirdi. Lakin 1973-cü ildə o, Şiva tanrısının şərəfinə sağ qolunu yuxarı qaldırıb və o vaxtdan bəri aşağı salmayıb.
Amarın sağ qolu indi deformasiya olunmuş əzaya çevrilib.