"Bakı Metropolitenində böyük səs-küyə səbəb olan şortikli qız axtarılır.

Unikal.org-un Sputnik Azərbaycan-a istinadla verdiyi məlumata görə, "Bakı Metropoliteninin polisi öz davranışıyla və geyimi ilə cəmiyyətdə və sosial şəbəkələrdə müzakirələrə səbəb olan qızı axtarır.

Xoşagəlməz hadisə ilə bağlı Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsi araşdırmalara başlayıb. Təhqiqatçılar hadisənin nə vaxt və hansı saatda baş verdiyini bilmir. Polis metroda müşahidə kameralarına düşən bütün kadrları təkrar gözdən keçirmək qərarı verib.

Hazırda həmin qızın görüntülərini və hadisənin detallarını müəyyənləşdirmək üçün araşdırma aparılır.