İspaniya nəhəngi "Real heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, "Zaryanın və Ukrayna yığmasının qapıçısı Andrey Lunin karyerasını Madrid klubunda davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı qapıçı "Realla 6 illik müqaviləyə imza atıb.

"Real Andreyə görə "Zaryaya 14 milyon avro təzminat ödəyib.

Peşəkar karyerasına 2016-cı ildə "Dneprdə başlayan "Zaryada 2017-ci ildən çıxış edirdi. Lunin perspektivli qapıçı sayılır. Onunla "Liverpul, "Napoli və "İnter də maraqlanırdı. Millidə 2 oyun keçirmiş Andrey Ukrayna yığmasında bu ilin martında Səudiyyə Ərəbistanı ilə oyunda (1:1) debüt edib.