"Səbail"in baş məşqçisi Aftandil Hacıyevin köməkçiləri müəyyənləşib.

Unikal.org klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, baş məşqçinin köməkçiləri Emin Ağayev və Yaşar Hüseynli təyin edilib.

Fərhad Vəliyev qapıçılar üzrə məşqçi, Toni Boqdanovski isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.