Futbol üzrə dünya çempionatında III turun daha iki oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, "B" qrupunda İspaniya Mərakeş, Portuqaliya isə İranla qarşılaşıb.

Paralel keçən qarşılaşmalarda qollu bərabərlik qeydə alınıb və iki oyunun nəticəsinə görə İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 final mərhələsinə vəsiqə qazanıb. İran və Mərakeş yığmaları isə qrupda qalıb. Reqlamentə görə İspaniya "play-off" mərhələsində "A" qrupunun ikincisi Rusiya, Portuqaliya isə qrupda birinci yeri tutan Uruqvayla qarşılaşacaq.