Azərbaycan idmanı ilə bağlı maraqlı, tarixi fotolar üzə çıxıb. 

Unikal.org Azərbaycanda ilk federasiyanın yaradıcısı, dünya çempionu, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoyun və yetirmələrinin qatıldığı dünya çempionatından maraqlı fotolar əldə edib.

Azərbaycan milli komandasının rəsmi olaraq ilk dəfə 2001-ci ildə iştirak etdiyi Muay-Tay üzrə dünya çempionatında iştirak edib.

Digər şəkillər isə 2009-cu ildə Tailandın paytaxtı Banqkokda WMF, IFMA versiyası üzrə keçirilən dünya çempionatındandır. 

Azərbaycan Uşu, Azərbaycan Muaytay-Tayboks Federasiyalarının Prezidenti, dünya çempionu Azər Həsənsoy fotolarla bağlı Unikal.org-a danışıb:


"O vaxt Beynəlxalq Muay-Tay Federasiyasının adı IMTF (International Muaythai Federation) idi. 2001-ci ildə Tailandın Banqkok şəhərində çox möhtəşəm bir tədbir keçirildi. Həm yarış, həm də beynəlxalq seminar idi. Həmin möhtəşəm turnirə Ruslan Musayevi , Emin Suleymanovu və Vahid Mustafayevi özümlə aparmışdım. Komandada həm rəhbər, həm məşqçilik edirdim. 

İkinci şəkildə də gördüyünüz, yanımızda olan şəxs bizim digər nümayəndəmiz Ceyhun Dadaşovdur. Mənimlə görüşən isə Tailandın o vaxtki baş naziri idi. 


O həmin vaxt bu yarışın açılı.ına gəlmişdi. Başqa ölkənin nümayəndə heyəti və mənimlə görüşdü. Görüş zamanı qısa da olsa Azərbaycan və idmanımız haqqında məlumat verdim. 


Digər şəkildə yanımda olan ağ idman geyimindəki şəxs isə Muay-Tay idman növünün qılınclarla döyüş növü olan Krabi-krabonq üzrə keçirilən seminarda mənim müəllimim olub. 


Digər şəkildəki isə ortada dayanan qırmızı geyimdəki şəxs mənim məşqçimdir. Muay-Tay üzrə birinci seminara rəhbərlik edən Kru Posavatdır. "Qızıl Monqun sahibi, 15-ci "Xan dərəcəsinin sahibdir.

Digər şəkildə isə 7 nəfər "Qızıl Monqun sahibi var. Onlardan 5-i məndən imtahan götürüb.


15-ci "Xan və "Qızıl Monq sahibi Muay-Tay üzrə ən yüksək pillədir. İlkin Seminarın nəticəsində mən 10-cu "Xan dərəcəsini aldım. Bu səviyyə isə hələ usta demək deyildi. Usta Dərəcəsi 12-ci "xandan başlayır.  Bu da həmin keçirilən seminarlardan biridir. 


Hazırda 14-cü "xan dərəcəsindəyəm və "Gümüş Monqun sahibiyəm. Sonuncu dərəcəyə 1 addım qalıb.

Təəssüflər olsun ki, birinci dünya çempionatında bizim nəticəmiz olmadı. İdmançılarımız finala qədər keçə bilmədilər. 


Açığı deyim ki, ilk dəfə Muay-Tay idman növü üzrə rəsmi yarışda iştirak etdiyimiz üçün qaydaları tam bilmirdik. İdmançılarımızın məğlub olmasında səbəb qaydaları dəqiq bilməməsi, sırf muay-tay üslubunda döyüş göstərməməsi idi. Düzdür, komandamız xal hesabı ilə üstün idi, ancaq bildirdilər ki, muay-tay üslubunda döyüşmədikləri üçün idmançılar məğlub sayılır. 

Federasiya Rəhbəri 2009-cu ildə  Banqkokda WMF, IFMA versiyası üzrə keçirilən dünya çempionatı haqda isə bunları deyib: 

"2009-cu ildə iki dünya çempionatı keçirilib. WMF ve IFMA versiyaları üzrə... WMF də Araz Musayev və Eldar Qazıbəyov birinci yer tutublar. IFMA dan Fərid Qarayev 2-ci , Nahid Əsədov 3-cü yerə sahib olublar".


Aygün İlqarqızı