Futbol üzrə dünya çempionatının F qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

Unikal.org-un məlumatına görə, son turda İsveç Meksikanı 3:0 hesabı ilə məğlub edib. Almaniya isə Cənubi Koreya yığmasına 0:2 hesabı ilə uduzub.

Bu nəticədən sonra 6 xalı olan Meksika və İsveç yığmaları 1/8 finala vəsiqə qazanıb. Son dünya çempionu Almaniya və Cənubi Koreya isə 3 xalla mundialla vidalaşıb.