Bu gün DÇ-2018-in daha iki qrupuna yekun vurulub.

Unikal.org-un məlumatına görə, F qrupunda Serbiya Braziliyanı, İsveçrə isə Kosta-Rikanı qəbul edib. Serblərə 2 cavabsız qolla qalib gələn Braziliya qrup lideri olaraq pley-offa yüksəlib. İsveçrə - Kosta-Rika matçında isə 2:2 hesablı bərabərlik qeydə alınıb. İsveçrə bu nəticə ilə xalını 5-ə çatdırıb və qrupda 2-ci yeri tutaraq 1/8 finala adlayıb. 
Serbiya və Kosta-Rika isə mübarizəni dayandırıb.