Rusiyalı model Natalia Vadianova həyat hekayəsi ilə gündəm olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində doğulan və uzun illər orada bazarda meyvə satan Natalia bu gün dünyanın ən çox qazanan modelləri arasındadır.

Bazarda meyvə satarkən kəşf edilən Vadianovanın o zaman 15 yaşı olub. Məşhur model agentliklərindən birindən gələn təklifi qəbul edən Natalia 3 ayaingilis dilini öyrənib və əvvəl İngiltərə, sonradan Fransada yaşamağa başlayıb.

İlk evliliyi ingilis Castin Portmanla olan modelin ondan 3, ikinci əri fransız iş adamı Antoin Arnaultdan 2 övladı var.