DÇ-2018-in qrup mərhələsinə bu gün yekun vurulacaq.

Unikal.org xəbər verir ki, sonuncu qarşılaşmalar G və H qruplarında baş tutacaq.

Əvvəlcə H qrupunda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşəcək. Bu dördlüyün arasında Polşanın 1/8 finala çıxmaq şansı qalmayıb. İki oyundan sonra aktivində 4 xal olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün bərabərlik də qane edir. 3 xalı olan Kolumbiya isə qələbə qazanmalıdır.

G qrupunda isə növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidi. Bitrcə liderlik məsələsi qalıb.

DÇ-2018. 3-cü tur

28 iyun

H qrupu

18:00. Yaponiya - Polşa
Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"

G qrupu

22:00. İngiltərə - Belçika
Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, "Kalininqrad" stadionu

22:00. Panama - Tunis
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"

Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.