Futbol üzrə dünya çempionatının H qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

Unikal.org-un məlumatına görə, qrup mərhələsinin son oyununda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi 4 xala malik olsa da, Yaponiya əlavə göstəricilərə görə növbəti mərhələyə vəsiqə qazanıb.