20 Sentyabr 2019
19 Sentyabr 2019
Turan İbrahimov məmurları efirdə sərt tənqid etdi - VİDEO
Turan İbrahimov məmurları efirdə sərt tənqid etdi - VİDEO HADİSƏ 16:21 2016-05-18

 
 
ATV kanalında yayımlanan "ATV Səhər" proqramının bugünkü (18.05.2016)  buraxılışında verilişin müəllifi və aparıcısı Turan İbrahimov əhaliyə dollarla verilən kreditlərin son iki devalvasiyadan sonra ödənişində yaranan problemlərə toxunub.

Turan İbrahimov yaranmış problemlə bağlı qeyd edib ki, ölkədə maliyyə sektoruna aid bir neçə dövlət qurumu var ki, onlar məlum problemin uzanmasında və əhalinin gərginlikdə saxlanılmasında sanki maraqlıdırlar. Aparıcı hətta bir neçə dövlət qurumunun adını çəkərək onları kəskin tənqid edib. Onun sözlərinə görə xalq bu problemin həllini prezidentdən gözləyirsə, maliyyə qurumları nəyə lazımdır?!

Müəllif hətta problemli kredit mövzularını gündəmə gətirdiyi üçün bəzi dairələrdə haqqında yayılmış cəfəngiyyatlara da toxunub. "Guya mənim şəxsi olaraq külli miqdarda kredit borcum var və bu səbəbdən də kredit mövzusunu gündəmdə saxlayıram. Bu ümumxalq problemidir" - deyə qeyd edib.