"Eurovision təmsilçilərimizdən olan Safurə Əliyeva son günlər sosial şəbəkədə ən çox foto paylaşan məşhurlardandır.

Unikal.org  Axşam.az-a istinadən xəbər verir ki, keçmiş müğənni bu dəfə istirahət fotolarını izləyiciləri ilə bölüşüb. Türkiyədə istirahət mərkəzlərindən birində dincələn Safurə şəkillərindəki şərh bölməsini bağlayıb.

O, övladları İsgəndər və Aişə, həyat yoldaşı Fərhad Əliyevlə birlikdə dincəlir.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Ərə getdikdən sonra sənətçi müğənnilikdən uzaqlaşıb.