Futbol üzrə DÇ-2018 davam edir.

Unikal.org xəbər verir ki, bu gün 1/8 final çərçivəsində daha iki oyun keçiriləcək.

Əvvəlcə meydana Braziliya və Meksika yığmaları çıxacaq. Braziliyalılar təkcə bu oyunun yox, ümumiyyətlə, dünya çempionatının əsas favoritlərindən hesab olunurlar.

Günün ikinci matçında isə Belçika ilə Yaponiya qarşılaşacaq. Belçika yer aldığı G qrupunda keçirdiyi oyunların hamısında qələbə qazanmışdı. Yaponlar isə növbəti mərhələyə son anda, "fair-play qaydası ilə vəsiqə qazanıb. Belçika bu görüşün favoriti sayılır.

DÇ-2018, 1/8 final

2 iyul

18:00 Braziliya - Meksika
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara, "Kosmos Arena

22:00 Belçika - Yaponiya
Baş hakim: Malanq Dyedyu (Seneqal)
Rostov, "Rostov Arena