İspaniya yığmasının kapitanı Serxio Ramos DÇ-2018-in 1/8 finalında Rusiya ilə keçirilən oyundan sonra (1:1, penalti seriyasında 3:4) fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, Ramos Rusiya yığmasının fiziki cəhətdən hazırlıqlı olduğunu qeyd edib. O, bu məğlubiyyətin bütün İspaniya üçün matəm olduğunu da vurğulayıb:

"Müxtəlif cür və müxtəlif səbəblərə görə məğlub olmaq olar. Amma bu gün bizim komandamız meydanı başını dik tutaraq tərk edir.

Ruslar bu oyuna fiziki cəhətdən yaxşı hazırlaşmışdılar. Məhz bu səbəbdən də penalti seriyasına qədər tab gətirdilər. Bu gün qalib gəlmək üçün çox az şansımız oldu. Bu qarşılaşmada xeyli pozitiv enerji vardı. Həm meydanda, həm də tribunada.

Əlimizdən gələn hər şeyi etdik. Ancaq pley-offda kimsə məğlub olmalıdı. Bu məğlubiyyət bütün İspaniya üçün matəmdi. Amma irəli baxmalı, güclü olmağa çalışmalıyıq.