Mayın 15-də vəfat edən türkiyəli aktrisa Oya Aydoğanın dəfn mərasimində oğurluq hadisəsi baş verib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dəfn mərasiminə qatılan aktyor Nuri Alçonun pul qabı oğurlanıb.
Alço bildirib ki, pul qabında 5 min lirə (təxminən 2500 manat) olub: "Cənazədə kütlə var idi, o anda cibimdən pul qabımı oğurlayıblar. Onun içərisində evimin təmiri üçün ustalara vermək üçün hazırladığım 5 min lirə var idi. İnsanın kədərli günündə bunu edərlərmi? Belə şərəfsizlik olar? Polisə müraciət etdim, kamera qeydlərin yoxlayırlar".