Rusiyada milli parka gətirilən qara keçiyə ABŞ prezidenti Obamanın adının verilməsi mübahisələrə səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, keçinin sağlamlığı ilə bağlı məlumat verən parkın idarəçisi Dimitri Mezentsev "Obamanın heç bir xəstəliyinin olmadığından əmin olmaq istədik" deyib. Həmçinin Rus dilində keçi kəliməsinin təhqir mənasına gəlməsi park idarəçilərinin irqçiliklə günahlanırılmasına səbəb olub.

Qeyd edək ki, Safari Parkda eyni zamanda Almaniya Kanslerinin adı olan Merkel adında da bir keçi var.