Moskvada banklardan birində oğurluq hadisəsi baş verib.

Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, naməlim silahlı şəxs Pervomayskaya küçəsində, İzmaylova parkı yaxınlığında yerləşən kredit bankına hücum edərək 6 nəfəri girov götürüb. Onlardan 2-nin bank işçisi, 4-nün isə müştəri olduğu bildirilir.

Silahlı şəxs ona külli miqdarda pul verilməsini, əks təqdirdə girovları buraxmayacağını söyləyib.

Hazırda Rusiya polisi həmin şəxslə danışıqlara başlayıb.

***

Şahidlərin məlumatına görə, girov götürülən 6 şəxs artıq xilas olunub.

***

Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində silahlı şəxs öldürülüb.

Qeyd olunur ki, o, polisləri tələbinə əməl olunmasa, üzərindəki bombanı partladacağı ilə hədələyib. Buna görə də onun zərərsizləşdirilməsinə qərar verilib.