Banqladeşdə son iki gün ərzində 81 nəfər ildırım vurması nəticəsində ölüb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, həlak olanların əksəriyyəti Banqladeşin şimal və mərkəzi hissələrindəki kəndlərdə yaşayanlardır.

Ölkənin fövqəladə hallar naziri Mofazzal Hosseyn Çoudhuri Maya bildirib ki, bu cür yüksək göstəriciyə nəinki Banqladeşdə, həmçinin bütün dünyada nadir hallarda rast gəlinir.

Sakinlərə rezin ayaqqabılardan istifadə etmək məsləhət görülüb.

Qeyd edək ki, son illər baş verən sürətli ildırımlar iqlim dəyişikliyi ilə əlaqədardır.