Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb.

Unikal.org xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "Politexnikası ilə üz-üzə gəlib. 

Qarşılaşma "Nefçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 23-cü dəqiqədə Rəhman Hacıyev, 64-cü dəqiqədə isə Baqali Dabo, 90-cı dəqiqədə isə Rəşad Eyubov vurub. 

Qeyd edək ki, "Neftçi" əvvəlki üç yoxlama matçında da qələbə qazanıb. Makedoniyanın "Şkupi və Rumıniyanın "Dunarya Kalaraşi klublarını 2:0 hesabı ilə məğlub edən komanda Bosniya və Herseqovina "Çelikini 4:1 hesabı ilə üstələyib.

Yoxlama oyunu

5 iyul

18:00. "Neftçi" - "Politexnika" - 3:1