Rusiyanın dövlət başçısı Vladimir Putin dünya futbolunun əfsanələri ilə görüşüb. 

Unikal.org Rusiya mətbuatına istinadən verdiyi xəbər görə, Rusiya dövlət başçısı ilə Kremldə keçirilən görüşdə Dieqo Forlan, Marko Van Basten, Rio Ferdinand,Lotar Matteus, Peter Şmeyhel, Zvonimir Boba kimi ulduzları qəbul edib. 

Putinlə görüşdə Rusiya prezidentinin köməkçisi İqor Levitin də iştirak edib. Həmçinin FİFA prezidenti Canni İnfantino da görüşə dəvət alanlar sırasında olub.