Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ¼ final mərhələsinə start verilib.

Unikal.org  xəbər verir ki, Kazanda Brazilya ilə Belçika qarşılaşıb.

Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Belçika yığması ½ finala vəsiqə qazanıb.Bundan əvvəl Fransa yığması Uruqvayı 2:0 hesab ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.