Rusiyada keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə start verilib. 

Unikal.org  Apasport.az-a istinadən xəbər verir ki, günün iki qarşılaşmasından sonra yarımfinal mərhələsinin ilk cütlüyü müəyyənləşib.Əvvəlcə Fransa Uruqvayı (2:0), ardından isə Belçika Braziliyanı (2:1) məğlub edib. Cənubi amerikalıları mübarizədən kənarlaşdıran avropalılar yarımfinalda üz-üzə gələcəklər.Fransa ilə Belçika arasındakı görüş iyulun 10-da keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək.