Türkiyənin Kocaeli şəhərində ərinin evdə olmadığını fürsət bilən qadın sevgilisi ilə görüşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 uşaq anası A.S sevgilisi N.Ş.K. ilə evində görüş təyin edib. A.S sevgilisi ilə münasibətdə olan vaxt qaynanası təsadüfən evə gəlib və onları birlikdə görüb.

Qaynana gəlinini otaqa salıb, qapını bağlayıb. Bu zaman qadının sevgilisi N.Ş.K qaçmaq üçün fürsət tapıb və yarıçılpaq şəkildə pəncərədən tullanaraq oradan uzaqlaşmağa cəhd edib. Qadının qaynanası yarıçılpaq halda çölə qaçan N.Ş.K-nin arxasından qaçıb və qışqıraraq qonşuları çağırıb. Qayınananın qışqırıq səsinə toplaşan məhəllə sakinləri vəziyyəti öyrəndikdən sonra kişini küçənin ortasında döyməyə başlayıblar.

Hətta N.Ş.K qəzəbli kütlənin əlindən xilas olub, qaçmaq istəyərkən məhəllə sakinlərindən biri avtomobilini onun üzərinə sürüb. Kişi yaralı halda yerə yıxılıb. Bu zaman hadisə yerinə polis əməkdaşları cəlb olunub. Kişini qonşuların əlindən polis alıb. Hadisə yerinə çağırılan səhiyyə işçiləri, N.Ş.K.'nin üzərinə dəsmal bağlayıb, təcili yardım maşınına mindiriblər.

Bildirilir ki, evli qadın A.S şəhərin məşhur xəstəxanalarının birində xəstə qəbulu şöbəsində çalışır. Polis hadisə ilə bağlı istintaqa başlayıb.