Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya"nın (Sloveniya) yeni transferi Matiç Çrniç açıqlama verib.

Unikal.org xəbər verir ki, 26 yaşlı futbolçu bu gün "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı danışıb:

"Şansları bərabər hesab edirəm. "Qarabağ" maliyyə cəhətdən bizdən üstündür. Amma bütün suallara meydanda aydınlıq gəlir. Əlimizdən gələni edəcəyik ki, cavab görüşünə rahat çıxaq".

Sloveniya millisinin üzvü "Qarabağ"ın yeni transferi, DÇ-2018-də İslandiya yığmasının heyətində olmuş Hannes Tur Halldorsson haqda da danışıb:

"Bu transfer onu göstərir ki, "Qarabağ" avrokuboklara ciddi yanaşır və hədəfləri olan klubdur. Onların maliyyə durumu bu cür transferlərə şərait yaradır. Lionel Messi Halldorssona qol vurmayıbsa, biz bunu edərik (gülür)".

"Olimpiya - "Qarabağ matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.