İtaliyanın "Milan klubu ABŞ-ın investisiya korporasiyası "Elliott Managementin nəzarətinə keçib.

Unikal.org xəbər verir ki, İtaliya nəhəngi borca görə belə duruma düşüb. "Milanın hazırkı sahibi, çinli iş adamı Li Yun Xun korporasiyaya olan borcunu vaxtında bağlaya bilməyib. Onun "Elliott Managementə 32 milyon avro borcu olub.

"Milanı nəzarətinə götürən korporasiya, klubda maliyyə sabitliyini təmin etmək üçün 50 milyon avro ayırmaq niyyətindədir.