Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Olimpiya - "Qarabağ matçı canlı yayımlanacaq. 

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına açıqlamasında klubun meneceri Asif Əsgərov verib.

Lyublyanadakı qarşılaşmanı heç bir televiziya kanalı canlı göstərməsə də, Ağdam təmsilçisi yayımı təşkil edəcək. Əsgərov bildirib ki, azarkeşlər matça klubun rəsmi saytı vasitəsilə baxa biləcəklər. O, yayımın keyfiyyətinin yüksək olacağını vurğulayıb.Qeyd edək ki, "Olimpiya - "Qarabağ matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.