Müğənni Elmira Ələkbərzadə sosial şəbəkədəki hesabında Dənizkənarı Milli Parkda ilanların olması ilə bağlı video paylaşıb.

Unikal.org-a açıqlama verən müğənni videonu rəfiqəsinin lentə aldığını bildirib:

"Rəfiqəm Bulvarın Bayıl tərəfdə olan hissəsində velosiped sürməyə gedib.Həmin vaxt yerdə uzun və qalın ilanın süründüyünü görüb.Aidiyyatı qurumlar təcili olaraq bu məsələni nəzarətə götürməlidir.Çünki Dənizkənarı Bulvara vətəndaşlar ailəsi və övladları ilə birlikdə gedir.Xəstələr və azyaşlılar həmin ilanlarla qarşılaşsa bunun acı nəticəsi ola bilər.Şəxsən mənim üçün bundan sonra bulvar söhbəti bağlandı!

22:01

"Qafqazinfo mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxlayıb. Rəis müavini videoyla tanış olduğunu, lazımi addımların atılacağını söyləyib:

"Elmira Ələkbərzadə Azərbaycanda kifayət qədər tanınmış, sevilən və hörmətli mədəniyyət işçisidir. Biz onun səmimiyyətinə inanırıq. Həmin görüntülərdəki yer bulvar ərazisinə oxşayır. Amma bizim əməkdaşlar bu günə kimi bulvarda ilan görməyiblər.

Havalar isti keçir, ilan ölkənin hər yerində olduğu kimi Bakı şəhərində də ola bilər. Bu, bizə siqnal idi. Videoya baxandan sonra işə daha çox ciddi yanaşmağa başladıq. İdarəninin bütün işçilərinə tapşırıqlar verilib ki, diqqətli olsunlar. Bundan əlavə, bütün icra orqanları və nazirliklərlə əlaqələri gücləndiririk. İnsan olan yerdə ilan olmağı xoşagələn hadisə deyil.


Famil Fərhadoğlu