İyulun 14-də Xaçmaz rayonunun Nabran kəndində dənizdə batmış 1996-cı il təvəllüdlü Hacıyev Samir Əkbər oğlunun axtarışları başa çatıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliynin saytına istinadən verdiyi məlumata görə, S.Hacıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.