Masallıda 2 mərtəbəli ev yanıb. 

Unikal.org-un FHN-in saytına istinadən məlumatına görə, Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə, ümumi sahəsi 100 m2 olan tövlənin yanar konstruksiyaları 70 m2 sahədə, içərisinə yığılmış 10 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı digər vətəndaşlara məxsus ümumi sahəsi 280 m2 olan 3 tövlənin yanar konstruksiyaları 240 m2 sahədə, tövlələrin içərisində yığılmış 40 ton ot bağlamasının 19 tonu və 2 ton taxılın 500 kq yanıb. Evin, tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.