12 Dekabr 2018
Şərq Tərəfdaşlığı sammitinin vaxtı AÇIQLANDI
DÜNYA 2018-07-16 19:23:14
  • A

"Avropa İttifaqı (Aİ) və "Şərq Tərəfdaşlığı proqramına üzv ölkələr arasında növbəti sammit oktyabrın 15-də keçiriləcək.

Unikal.org-un "RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
Qeyd edək ki, Aİ-nin 6 qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramına 2009-cu ildə start verilib.