25 Mart 2019
24 Mart 2019
Enerji təchizatı sahəsində yeni qaydalar müəyyən ediləcək - AZƏRBAYCANDA
Enerji təchizatı sahəsində yeni qaydalar müəyyən ediləcək -AZƏRBAYCANDA İQTİSADİYYAT 00:54 2018-07-17

Nazirlər Kabineti 9 ay müddətində yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə elektrik qurğularının quraşdırılması, elektrik və istilik qurğularının texniki istismarı və elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını müəyyən edəcək.

Unikal.org-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında 16 iyul 2018-ci il tarixli fərmanında əksini tapıb.
Nazirlər Kabineti bu müddət ərzində elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması və yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını da müəyyən etməlidir.