Zaqatalada 57 yaşlı kişini ilan sancıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün səhər saat 07 radələrində rayonun Aşağı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Mustafa Həmzət oğlu Hacıyev ilan sancması xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirlib ki, Mustafa Hacıyev Aşağı Tala kənd inzibati ərazisində tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Mustafa Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.