25 Mart 2019
24 Mart 2019
İlham Əliyevdən 11000 nəfəri sevindirəcək SƏRƏNCAM
İlham Əliyevdən 11000 nəfəri sevindirəcək SƏRƏNCAM CƏMİYYƏT 18:20 2018-07-17

Prezident İlham Əliyev Qəbələ rayonunun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un xəbərinə görə, sərəncama əsasən 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.