Müğənni Samir Bağırov uzun fasilədən sonra obyektiv qarşısına keçib.

Unikal.org xəbər verir ki, sənətçi yaradıcılığındakı sükutu yeni foto-layihəsi ilə pozub. İfaçının şəkillərinin müəllifi fotoqraf İsmayıl Rzayevdir. Üç ildir sənətdən uzaqlaşan Bağırov bundan sonra fasilə verməyəcəyini bildirib. 
Samir eyni zamanda iyulun 26-da keçiriləcək "Jara-2018 Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxacaq.