18 Mart 2019
Moskvadan Bakıya gələn avtobus aşdı: Yaralananlardan üçü uşaqdır
Moskvadan Bakıya gələn avtobus aşdı: Yaralananlardan üçü uşaqdır HADİSƏ 13:05 2018-07-20

Moskvadan Bakıya gələn avtobus qəzaya uğrayıb. Hadisə Stavropolda  baş verib.

Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı danışan regionun Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyaryev bildirib ki, avtobusun içərisində 2 sürücü 9 sərnişin olub:

"Yerli vaxtla 09:00-da "Qafqaz magistralının 348-ci kilometrində Moskva-Bakı marşrutu ilə hərəkət edən "Mersedes markalı mikroavtobus "Ford və "Lada avtomobili ilə toqquşub. Hadisədən sonra içərisində iki sürücü və doqquz sərnişin olan avtobus aşıb və  12 nəfər xəsarət alıb". 

O.Deqtyaryevin sözlərinə görə, xəsarət alanlar "Fordun sürücüsü və avtobusdakı 11 nəfərdir. Onlardan üçü uşaqdır. 

Yaralılardan yeddisi Pyatiqorsk xəstəxanasına, qalan beş nəfər isə Mineqralovodsk xəstəxanasına yerləşdirilib.