Türkiyənin "MTV, "Eurosport kimi əyləncə və tematik telekanal sahibi Fatih Oflaz qızını cinsi istismara məruz qoymaqda ittiham edilir. Unikal.org Türkiyə mnətbuatına istinadən xəbər verir ki, o, 7 il müddətində övladını cinsi istismara məruz qoyub.

2 il ərzində davam edən məhkəmədə onun barəsində qərar verilib. Araşdırmalar zamanı biznesmenin qızını dəfələrlə cinsi istismara məruz qoyduğu sübuta yetirilib. Məhkəmənin qərarına görə onun cəzası 22 il 6 aydan 18 il 9 aya endirilib.

17 şirkəti və milyon dollarlıq sərvəti olan F.Oflazın qızı məhkəmədə başına gələnləri haqqında bunları:

"Atam hər zaman despot bir insan olub. Hər şey onun istədiyi kimi olmalı idi. 7 yaş yarım olandan 15 yaşıma qədər davamlı olaraq atamın cinsi istismarına məruz qalmışam. Anamla ayrılandan sonra anamın məcburiyyəti ilə daim atamın evinə gedirdim. İllərlə heç nə demədim, heç nə olmamış kimi davranırdım. Lakin həmin illərdən etibarən gecələr yata bilmirəm. Axırda hadisəni danışıb gerçəklərlə üzləşməyə qərar verdim. Nə bu şikayət, nə də məhkəmənin qərarı mənim yaşadıqlarımı dəyişdirəcək. Mənim həyatım məhv oldu. Dünyada tək qalmışam. Ömür boyu bu xəstəliyə məhkum olacam. Ailəmə nifrət edirəm.

Onun cəzasının endirilməsinə səbəb kimi F. Oflazın əvvəllər heç bir məhkumluğunun olmaması əsas gətirilib.
İş adamı isə ittihamları qəbul etməyib. O, keçmiş xanımı və qızının ondan pul almaq üçün belə oyun qurduqlarını bildirib.

Qeyd edək ki, iş adamı məhkəmənin həbs qərarından bir neçə gün sonra İspaniyaya gedərək orada məskunlaşıb.

Məlumat üçün bildirək ki, F.Oflazın cəzasının 18 ilə endirilməsi, xaricə qaçması həm jurnalistlər, həm də jurnlaistlər tərəfindən bir mənalı qarşılanmayıb və sər reaksiyalar bildirilib.