Almaniyanın Lübek şəhərində bıçaqla silahlanmış naməlum şəxs avtobusun sərnişinlərinə hücum edib.

Unikal.org Britaniya KİV-inə istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polis hazırda cinayətin motivlərini aydınlaşdırır.