25 Mart 2019
24 Mart 2019
Xəzər daha bir can aldı - Muradın cəsədi sudan çıxarıldı
 Xəzər daha bir can  aldı - Muradın cəsədi sudan çıxarıldı HADİSƏ 23:51 2018-07-20

Bakıda daha bir nəfər dənizdə batıb. 

Unikal.org-un   Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (qadağan olunmuş vaxtda çimərkən) 1 nəfərin batması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1985-ci il təvəllüdlü Əliyev Murad Rəfayıl oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.