Bu gecə insan ölümü ilə nəticələnən yol qəzası olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda "Opel və "Hyundai markalı iki minik avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Opel markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyabaşa çatmışdır.