11 Dekabr 2018
Qadınları fahişəliyə cəlb edən Gülər tutuldu - DİN əməliyyat keçirdi
KRİMİNAL 2018-07-21 11:34:26
  • A

Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Unikal.org-a verilən məlumata görə, baş idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.