25 Mart 2019
Angela Merkel Azərbaycana gəlir
Angela Merkel Azərbaycana gəlir SİYASƏT 14:31 2018-07-21

Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək.

Unikal.org "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, A. Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.

Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.